Bank Of Baku

Haitiyə vəbanın Cənubi Asiyadan gəldiyi təxmin edilir

Haitiyə vəbanın Cənubi Asiyadan gəldiyi təxmin edilir
# 11 dekabr 2010 02:22 (UTC +04:00)
Bakı-APA. ABŞ tədqiqatçılarının sözlərinə görə, sınaqlar göstərir ki, Haitidə geniş yayılmış ölümcül vəba xəstəliyinə səbəbə olan mikrobun Cənubi Asiyadan gəlməsi ehtimalı var. Onların dediklərinə görə, Haitidə müəyyən edilən mikrob vəbanın Banqladeşdə aşkar olunan növünə oxşayır. Bu barədə APA voanews.com-a istinadən məlumat verir.

Alimlər öz qiymətləndirmələrini əks etdirdikləri araşdırmanı dünən açıqlayıb, ancaq tədqiqatda xəstəliyin Haitiyə necə və ya kim vasitəsilə gəlməsinə toxunulmur. Araşdırmanın müəllifləri deyir ki, xəstəliyin mənbəyini müəyyən etmək üçün daha geniş tədqiqata ehtiyac var. Bu ilin oktyabr ayından bəri Haitidə 93 000 adam vəbaya yoluxub və ehtimallara görə, xəstəlik 2 000 insanın həyatına son qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR