Bank Of Baku

ABŞ: Braziliya və Argentina Fələstini tanımaqda tələsiblər

ABŞ: Braziliya və Argentina Fələstini tanımaqda tələsiblər
# 11 dekabr 2010 03:41 (UTC +04:00)
Bakı-APA. Argentina və Braziliya Fələstin dövlətini 1967-ci il sərhədlərində tanımaqda tələsiblər. Çilidə səfərdə olan ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Börns belə bir fikirlə çıxış edib.

«Bizim fikrimizcə, bunun üçün hələ tezdir», deyə o jurnalistlərə bildirib.

«Yalnız fələstinlilər və israillilərin özləri danışıqlar yolu ilə Fələstin dövlətinin yaradılması və onun İsraillə dinc yanaşa yaşaması ideyasını həyata keçirə bilərlər», deyə o əlavə edib.

Ötən bazar ertəsi Buenos-Ayres Braziliyanın Fələstini 1967-ci il 4 iyun sərhədlərində tanımaq qərarına qoşulduğunu açıqlayıb. Uruqvay da 2011-ci ildə Fələstin dövlətini tanıyacağını bildirib.

1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail Sinay yarımadası, Qəzza zolağı, İordan çayının qərb sahili, Şərqi Qüds və Colan təpələrini ələ keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR