Bank Of Baku

ABŞ-ın büdcə kəsiri noyabr ayında artıb

ABŞ-ın büdcə kəsiri noyabr ayında artıb
# 11 dekabr 2010 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın federal büdcəsinin kəsiri 2010-cu ilin noyabr ayında 150 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 18 mlrd. dollar və ya 13,6% çoxdur. “APA-Economics”in məlumatına görə, noyabr ayında büdcə gəlirləri 149 mlrd. dollar, xərcləri isə 299 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə idarəsi 2010-2011-ci maliyyə ildə büdcə kəsiri 1,066 trln. dollar, ölkə prezidentin administrasiyasının büdcə layihələşdirmə İdarəsi isə 1,416 trln. dollar səviyyəsində proqnozlaşdırır. Ötən maliyyə ili ərzində ABŞ-ın vüdcə kəsiri 1,294 trln. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR