Bank Of Baku

Obama və Ərdoğan telefonla WikiLeaks barədə müzakirə aparıblar

Obama və Ərdoğan telefonla WikiLeaks barədə müzakirə aparıblar
# 11 dekabr 2010 23:48 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla telefonla WikiLeaks barədə müzakirə aparıblar.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Obama WikiLeaks saytındakı qeyd olunan iddialarla bağlı Ərdoğana öz təəssüf hisslərini çatdırdı.
İki ölkənin lideri razılaşdılar ki “yaşanan hadisə uzun illərə söykənən iki ölkə arasındakı əməkdaşlığı pozmayacaq”.
Obama həmçinin Baş nazir Ərdoğana İsraildə meydana gələn meşə yanğınını söndürmək üçün Türkiyənin yanğın söndürmə təyyarəsi göndərməsinə görə təşəkkür etdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR