Bank Of Baku

BMT-nin iqlim konfransında qlobal istiləşmə ilə mübarizəyə dair plan qəbul edilib

BMT-nin iqlim konfransında qlobal istiləşmə ilə mübarizəyə dair plan qəbul edilib
# 12 dekabr 2010 01:48 (UTC +04:00)
Bakı-APA. Meksikada Kankunda keçirilən BMT-nin iqlim konfransının ikinci həftəsinin sonunda qlobal istiləşmə ilə mübarizəyə dair plan qəbul edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, dünyanın 190-dan çox ölkəsi razılığı təsdiq edib. Buraya yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə yardım məqsədi daşıyan bir neçə milyard dollarlıq fondun yaradılması da daxildir. Meksika prezidenti Felipe Kalderon inkişafın əldə olunmasından məmnunluğunu ifadə edib. Razılığa Boliviya etiraz edərək, bildirib ki, sənəd iqlim dəyişikliyinin qarşısının alınması üçün kifayət qədər işləri əhatə etmir. Əldə edilmiş razılıqda həmçinin meşələrin qorunması və təmiz enerji texnologiyaların inkişafı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR