Bank Of Baku

Barak Obama qanunvericiləri vergi ixtisarına dair qanunun təcili şəkildə təsdiqinə çağırıb

Barak Obama qanunvericiləri vergi ixtisarına dair qanunun təcili şəkildə təsdiqinə çağırıb
# 15 dekabr 2010 23:53 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama qanunvericiləri vergi ixtisarına dair qanunun təcili şəkildə təsdiqinə çağırıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Prezident planının mükəmməl olmadığını etiraf etsə də, bunun iqtisadi artım və yeni iş yerlərinin açılmasına xidmət edəcəyini deyib. ABŞ dövlət başçısı bildirib ki, 858 milyardlıq ölçü yubadılmamalı və rədd edilməməlidir. Senatda sənədin bu gün təsdiq ediləcəyi gözlənilir. Senatın təsdiqi qanunu Nümayəndələr Palatasına ötürəcək. Konqresin 2001-ci ildə sabiq prezident Corc Buşun hakimiyyəti dövründə təsdiq etdiyi vergi qanununa əsasən işsizlərin təzminat müddəti 13 aya qədər uzadılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR