Bank Of Baku

Barak Obama: «ABŞ Əfqanıstanda irəliləyişə nail olub»

Barak Obama: «ABŞ Əfqanıstanda irəliləyişə nail olub»
# 16 dekabr 2010 04:58 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama hesab edir ki, onun administrasiyası Əfqanıstanda tədrici irəliləyişə nail olub. Bu barədə o Konqresin liderlərinin adına göndərdiyi məktubunda bildirib.

Obama qeyd edib ki, ABŞ və müttəfiqlərin qoşunları bir sıra vacib bölgələrdə yaraqlıları əhalinin sıx məskunlaşdığı ərazidən çıxara bilirlər. Onun sözlərinə görə, bu əsasən Əfqanıstandakı amerikalı hərbçilərin sayının artırılması ilə əlaqədardır.

«ABŞ və müttəfiq qoşunlar nəzarətin rahat surətdə əfqan təhlükəsizlik qüvvələrinə verilməsi üçün şərait yetişənədək hazırkı strategiyanı həyata keçirməyə davam edəcəklər», deyə məktubda bildirilir. Obama həmçinin qeyd edib ki, ABŞ vətəndaşları və maraqlarının müdafiə olunması zərurəti yaranarsa, «Əl-Qaidə», «Taliban» və digər qruplaşmalara qarşı əlavə tədbirlər görüləcək.

Dekabrın 16-da ABŞ administrasiyası özünün Əfqanıstandakı strategiyasını necə qiymətləndirdiyi barədə hesabatla çıxış etməlidir. Obamanın bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış etməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR