Bank Of Baku

Nensi Pelosinin səylərinə baxmayaraq, uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilməyib

Nensi Pelosinin səylərinə baxmayaraq, uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilməyib
# 18 dekabr 2010 11:25 (UTC +04:00)
Bu barədə APA-nın Türkiyə KİV-lərinə istinadən məlumat verib.

Xatırladaq ki, Nümayəndələr Palatasının sədri Nansi Pelosi layihənin 48 saat ərzində parlamentdə müzakirəyə çıxarılmasını istəmişdi. Lakin görünür ki, layihənin N. Pelosinin istədiyi müddətdə Nümayəndələr Palatasında müzakirəyə çıxarılması mümkün olmayacaq.

Bununla belə, dekabrın 21-dək fəaliyyətinə ara verən Nümayəndələr Palatası Yeni ilə qədər - gələn həftənin əvvəlində daha bir neçə gün fəaliyyət göstərəcək. Bu səbəbdən uydurma «erməni soyqırımı» ilə layihənin Palataya təqdim olunması ehtimalı qalır.

Hazırda həm Türkiyənin ABŞ-dakı səfirliyi, həm də bu ölkədəki türk və Azərbaycan təşkilatları ABŞ rəhbərliyi və Konqreslə bu qətnamənin qəbulunun əngəllənməsi istiqamətində fəaliyyət göstərir.

Bu arada Amerika-Erməni Milli Komitəsi (ANCA) da Konqresin iş müddətinin uzanmasının həm faydalarına, həm də zərərlərinə ola biləcəyinə diqqət çəkib. Eyni zamanda Turkish Coalition of America (TCA) təşkilatının sədri Linkoln Mak Kurdi Konqres üzvlərinə Nümayəndələr Palatasına gəldiyi halda belə, layihənin «Türkiyə-ABŞ əlaqələrinə böyük zərərlər verə biləcəyi» çağırışını edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR