Bank Of Baku

Demokratlar SHS barədə sazişin təsdiqlənməsi üçün yetərli səsləri toplayıblar

Demokratlar SHS barədə sazişin təsdiqlənməsi üçün yetərli səsləri toplayıblar
# 21 dekabr 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Demokrat senatorlar Strateji hücum silahlarının ixtisarı barədə sazişin təsdiqlənməsi üçün lazım olan 9 respublikaçı senatorun səsini alıblar. APA-nın məlumatına görə, bu barədə Vaşinqtonun «Hill» qəzetində dərc olunmuş məqalədə deyilir.

«Demokratlar SHS barədə sazişi bu həftə təsdiq etmək üçün lazım olan respublikaçı səsini toplayıblar. Respublikaçı senator Skott Braun (Massaçusets) sazişin lehinə səs verəcəyini bəyan edib», deyə «Hill» qəzeti yazır.

Əgər senatorların üçdə ikisi yəni 67 nəfər sazişin lehinə səs versə, o təsdiqlənmiş sayılacaq. Demokrat senator Ron Uayden (Oreqon) xəstəliyinə görə səsvermədə iştirak etməyəcəyi üçün təsdiqlənməyə 66 səs də kifayət edəcək.

Bu günədək Riçard Luqar (İndiana), Skott Braun (Massaçusets), Robert Korker (Tennessi), Uilyam Koran (Missisipi), Olimpia Snoui (Men), Süzan Kollinz (Men), Con Ayzakson (Corciə), Cadd Qreqq (Şimali Karolina) və Corc Voynoviç (Ohayo) sazişi dəstəkləyəcəklərini bəyan ediblər. Sazişin lehinə bütün 58 demokrat və 2 müstəqil senator - Cozef Liberman (Konnektikut) və Berni Sanders (Vermont) səs verəcəklər. Beləliklə, hazırda SHS barədə saziş Senatda özünə 69 tərəfdar toplaya bilib.

Bundan əlavə demokrat senatorlar əvvəlcə sazişi dəstəkləmiş, lakin sonradan fikirlərini qismən dəyişmiş respublikaçılarla da danışıqları davam etdirirlər. Belələrinin sayı 4 nəfərdir - Robert Bennett (Yuta), Mark Kirk (İllinoys), Liza Murkovski (Alyaska) və Con Makkeyn (Arizona). Onların səsləri demokratlara daşa inamlı qələbə üçün lazımdır.

Qeyd edək ki, demokratlar sazişin bu həftə təsdiqlənməsinə nail olmaq istəyirlər. İş ondadır ki, Senat qış tətilinə çıxdıqdan sonra yeni tərkibdə işə başlayacaq. Yeni tərkibdə isə demokratların üstünlüyü artıq indiki kimi aşkar olmayacaq. Saziş təsdiqlənərsə, bu Barak Obama administrasiyasının üçüncü böyük qələbəsi sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR