Bank Of Baku

ABŞ Senatı Rusiya ilə SHS barədə yeni müqaviləni təsdiq edib

ABŞ Senatı Rusiya ilə SHS barədə yeni müqaviləni təsdiq edib
# 23 dekabr 2010 00:24 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Senatı Rusiya ilə Strateji hücum silahlarının ixtisarına dair yeni müqaviləni təsdiq edib. Müqavilənin lehinə 71, əleyhinə 26 nəfər səs verib. Sənədin keçməsi üçün 67 səs tələb olunurdu.

Qanunvericilərin qəbul etdiyi qətnamədə bildirilir ki, Senat «Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması üzrə tədbirlər barədə müqavilənin təsdiqlənməsinə öz məsləhət və razılığını verir».

SHS barədə yeni müqavilə bu il aprelin 8-də Praqada prezidentlər Barak Obama və Dmitri Medvedev arasında imzalanıb. Müqaviləyə görə tərəflərin hər birində 1550 nüvə başlığı qalmalıdır. Bundan əlavə tərəflər 700 strateji nüvə daşıyıcısına malik olmaq barədə razılaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR