Bank Of Baku

Peruda avtobus dərəyə düşüb: 6 nəfər həlak olub

Peruda avtobus dərəyə düşüb: 6 nəfər həlak olub
# 23 dekabr 2010 03:27 (UTC +04:00)
Bakı-APA. Perunun paytaxtı Lima şəhərindən 500 km şərqdə avtobus dərəyə düşüb. APA-nın məlumatına görə, nəticədə 6 nəfər ölüb, 33 nəfər isə xəsarət alıb.

Qəza Kusko bölgəsinin Kilyabamba və Kiteni şəhərləri arasındakı yolda baş verib. Salcantay nəqliyyat şirkətinə məxsus avtobus döngədə idarəetməni itirərək 160 metrdən Limonçayek çayının axdığı dərəyə düşüb.

Hər il Peruda avtomobil qəzalarından təxminən 4 min nəfər həlak olur. Avtomobil qəzaları ölkəyə ildə təxminən 1 milyard ABŞ dolları həcmində ziyan vurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR