Bank Of Baku

Boliviya rəsmən Fələstinin müstəqilliyini tanıyıb

 Boliviya rəsmən Fələstinin müstəqilliyini tanıyıb
# 24 dekabr 2010 01:15 (UTC +04:00)
Bakı-APA. Boliviya rəsmən müstəqil Fələstin dövlətini tanıdığını elan edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama Braziliya və Argentinanın oxşar addımlar atmasından sonraya təsadüf edir. Boliviya prezidenti Evo Morales deyib ki, onun ölkəsi Fələstinin üzləşdiyi “insan haqları, ərazi və suverenlik problemlərinə” etinasız qala bilməz.

Xarici İşlər Nazirliyinin nümayəndəsi təsdiq edib ki, Boliviya Fələstin İdarəsinin prezidenti Mahmud Abbasa göndərilən məktubda öz dəstəyini ifadə edib. Həmçinin Venesuela Fələstini suveren dövlət kimi tanıyır. Uruqvay isə bu addımı gələn il atmağı planlaşdırdığını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR