Bank Of Baku

ABŞ İsveçrə banklarının fəaliyyətini təhqiq edir

ABŞ İsveçrə banklarının fəaliyyətini təhqiq edir
# 25 dekabr 2010 04:15 (UTC +04:00)
Bakı-APA. ABŞ Maliyyə nazirliyi amerikalılara vergidən yayınmaqda kömək etməkdə şübhəli bilinən bir neçə İsveçrə bankı barəsində istintaqa başlayıb. APA-nın məlumatına görə bu barədə The New York Times yazır.

İstintaq çərçivəsində sözügedən İsvçerə banklarına kömək etmiş Uol-Stritin bəzi maliyyə strukturlarının fəaliyyəti də öyrəniləcək.

ABŞ hökuməti şübhələnir ki, İsveçrə bankları Uol-Stritdəki tərəfdaşları ilə bir yerdə Birləşmiş Ştatlar vətəndaşlarının vətəndaşlığını gizlədirmişlər. The New York Times-ın yazdığına görə, istintaq ilk növbədə İsveçrənin kiçik Basler Kantonalbank banından başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR