Bank Of Baku

Dünya gənclərinin 18 faizinin gündəlik xərcləri cəmi 1 dollar təşkil edir

Dünya gənclərinin 18 faizinin gündəlik xərcləri cəmi 1 dollar təşkil edir
# 10 yanvar 2007 10:13 (UTC +04:00)
Dünya gənclərinin 18 faizinin (200 milyon nəfərdən çox) gündəlik xərcləri cəmi 1 dollar təşkil edir, 155 milyon gənc isə gündə 2 dollar xərcləyir. BMT-nin gənclərlə bağlı yeni hesabatında deyilir ki, 192 milyon insandan ibarət dünya işsizlərinin demək olar ki, yarısı gənclərdir. Hesabat müəlliflərinin rəyinə əsasən indiki gənclər bəşəriyyət tarixində ən savadlı və hazırlıqlı gənclərdir. Bununla belə, onlar hazırda işsizlərin 13,7 faizini təşkil edirlər. Dünya əhalisinin 18 faizi 15-24 yaşında olan insanlardan ibarətdir. İnkişaf etmiş ölkələrdə pensiyaya hazırlaşan hər 100 nəfərə 142 nəfər gənc düşür və 10 ildən sonra bu ölkələrdə yeni gənc işçi qüvvəsinə ehtiyac olacaq. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət tam əksinədir 60-64 yaşında olan hər 100 nəfərə 342 gənc düşür. Bu ölkələrdə gənclərin işlə təmin olunmaq problemi ön plandadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR