Meksikanın Oaxaka ştatında yerləşən San-Migel-Amatitlan şəhərinin meri Xoel Anxel Bravo Martines silahlı şəxslər tərəfindən qətlə yetirilib.
"El Universal" qəzetinin məlumatına görə, naməlum şəxslər 53 yaşlı merin evinə daxil olaraq ona atəş açıblar.
Hadisə ilə bağlı istintaq başladılıb.