Bank Of Baku

Buş İraq və Əfqanıstanda istifadə etmək üçün Konqresdən 245 milyard dollar əlavə vəsait istəyəcək

Buş İraq və Əfqanıstanda istifadə etmək üçün Konqresdən 245 milyard dollar əlavə vəsait istəyəcək
# 03 fevral 2007 09:37 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş İraq və Əfqanıstandakı hərbi əməliyyatlar və diplomatik fəaliyyətin maliyyələşdirilməsində istifadə etmək üçün Konqresdən 245 milyard dollar əlavə büdcə ayrılmasını istəməyə hazırlaşır. APA-nın məlumatına görə, Buş administrasiyası Konqresdən bu il üçün 100 milyard, 2008-ci il üçün isə 145 milyard dollar ayrılmasını xahiş edəcək. Qeyd edək ki, Pentaqonun 480 milyard dollarlıq illik büdcəsinin böyük hissəsi İraq və Əfqanıstandakı əməliyyatlara sərf olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR