Bank Of Baku

ABŞ-ın baş prokuroru və ədliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən şəxs Belarus əsillidir

ABŞ-ın baş prokuroru və ədliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən şəxs Belarus əsillidir
# 20 sentyabr 2007 10:42 (UTC +04:00)
ABŞ-ın baş prokuroru və ədliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən sabiq federal hakim Maykl Myukeysi Belarus əsillidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Nyu-Yorkun Cənub dairəsinin federal məhkəməsində uzun illər M. Myukeysi ilə birlikdə işləmiş tərcüməçi Valeri Şukin deyib. O bildirib ki, bir dəfə M. Myukeysinin kökləri ilə maraqlanıb və hakim ona atasının Belarusdan olduğunu söyləyib: “Onların daşıdığı və sonradan amerikanvari transformasiya olunan Mukosey soyadı Belarusda geniş yayılıb. Myukeysi nə rus, nə də Belarus dillərini bilir, çünki Amerikada doğulub”.
Qeyd edək ki, prezident Corc Buş tərəfindən namizədliyi irəli sürülən M. Myukeysi Senatın təsdiqindən keçdikdən sonra vəzifəsinin icrasına başlayacaq. O, ədliyyə naziri və baş prokuror olaraq Federal Təhqiqatlar Bürosuna rəhbərliyi də həyata keçirəcək. M. Myukeysi 2006-cı ildə təqaüdə çıxana qədər 18 il hakim vəzifəsində çalışıb və bir sıra hay-küylü cinayət işləri üzrə çıxarılan hökmlərə imza atıb. Bu sırada 1993-cü ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qarajında partlayış törədən radikal islamçıların, həmçinin rus mafiyasının çoxsaylı cinayət işləri var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR