Bank Of Baku

Ən varlı 400 amerikalının siyahısı açıqlanıb

Ən varlı 400 amerikalının siyahısı açıqlanıb
# 21 sentyabr 2007 10:27 (UTC +04:00)
ABŞ-ın “Forbes” jurnalı ölkənin 400 ən zəngin adamının siyahısını dərc edib. APA-nın xəbərinə görə, siyahıya son 13 ildə olduğu kimi, yenə də “Microsoft” korporasiyasının sahibi Bill Geyts başçılıq edir. Onun sərvəti 59 milyard dollar məbləğində qiymətləndirilir. Bu ilin aprel ayında elan olunan siyahıda isə bu məbləğ 56 milyard idi. İkinci sıranı 52 milyard dollarlıq sərvəti ilə “Berkshire Hathway” investisiya şirkətinin sahibi Uorren Baffet tutur. Üçüncü yerdə isə “Las Veqas Sands Corporation”un rəhbəri, oyun biznesi ilə məşğul olan Şeldon Adelson qərarlaşıb. Onun sərvətinin dəyəri 28 milyard dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR