Bank Of Baku

Mahmud Əhmədinejad: “İranın nüvə dosyesi bir siyasi problem olaraq qapanıb və adi məsələlər sırasına keçib”

Mahmud Əhmədinejad: “İranın nüvə dosyesi bir siyasi problem olaraq qapanıb və adi məsələlər sırasına keçib”
# 26 sentyabr 2007 07:59 (UTC +04:00)
O bildirib ki, İranın nüvə dosyesi bir siyasi problem olaraq qapanıb və adi məsələlər sırasına keçib. Prezident deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda nüvə energetikasının inkişafını siyasiləşdirməkdən vaz keçib. BMT Təhlükəsizlik Şurasının sanksiyalarına gəldikdə isə, M. Əhmədinejad bu orqanı legitim saymadığı üçün qərarlarına da əməl etmək niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, TŞ-də təmsil olunan inkişaf etmiş ölkələr İranın inkişafına yol verməmək məqsədilə bu sanksiyaları müəyyənləşdiriblər: “Bir sıra ölkələr hər gün öz silah arsenallarını doldurduqları halda tərksilah normaları hazırlayır”. O, Ağ Evin Polşa və Çexiyada raket hücumundan müdafiə sistemləri yerləşdirmək planlarını buna misal kimi göstərib: “Silahlanma yarışı avropalılara təhlükədir. Bəzi xuliqan dövlətlər onların ərazisində raket sistemləri yerləşdirmək istəyir”. Sonradan keçirdiyi mətbuat konfransında nüvə dosyesinin qapanması haqda sözlərinə aydınlıq gətirən M. Əhmədinejad bildirib ki, bu, İranın nöqteyi-nəzəridir və beynəlxalq hüquq normalarına əsaslanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR