Bank Of Baku

Nyu-Yorkda Sergey Lavrovla Kondoloza Rays arasında kəskin mübahisə baş verib

Nyu-Yorkda Sergey Lavrovla Kondoloza Rays arasında kəskin mübahisə baş verib
# 27 sentyabr 2007 07:52 (UTC +04:00)
APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, mübahisə “böyük səkkizlik” ölkələri xarici siyasət idarələrinin rəhbərləri üçün təşkil olunan nahar zamanı yaranıb. Anonim mənbə S. Lavrovla K. Rays arasında çox emosional tərzdə fikir mübadiləsi aparıldığını xəbər verib. Belə ki, S. Lavrov Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla danışıqlarda ciddi irəliləyiş əldə etdiyi bir məqamda bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqinin məqsədəuyğun olmadığını bildirib. O, ABŞ-ın beynəlxalq agentliyin ekspertlərinin fəaliyyətini inkar etdiyini də söyləyib. K. Rays isə bu fikirlərə kəskin etiraz edib. Nahardan sonra jurnalistlərdən birinin “İranın nüvə proqramına dair diskussiyalarda irəliləyiş əldə edildimi?” sualını Fransanın xarici işlər naziri gülərək cavablandırıb: “Mən belə deməzdim”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası indiyədək İranla bağlı iki dəfə qətnamə qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR