Bank Of Baku

Rusiya gürcü-abxaz münaqişəsi zonasında baş verən insidentlə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırıb

Rusiya gürcü-abxaz münaqişəsi zonasında baş verən insidentlə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırıb
# 27 sentyabr 2007 08:13 (UTC +04:00)
Rusiya sentyabrın 20-də gürcü-abxaz münaqişəsi zonasında baş verən insidentlə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva iki rusiyalı hərbçinin ölümünə görə Gürcüstanın məsuliyyət daşıdığını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TŞ-də keçirilən qapalı məsləhətləşmələrdən sonra jurnalistlərə deyib ki, gürcü hərbçiləri Abxaziya ərazisindəki Antiterror Mərkəzinin təlim düşərgəsinə hücum edərək iki rusiyalı təlimatçını əvvəlcə yaralayıb, sonra isə bıçaq zərbələri və başlarına atəş açaraq öldürüblər. BMT tribunasından çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili isə məsuliyyəti Rusiya tərəfinin üzərinə qoyub. O bildirib ki, təxribatçı dəstə ilə gürcü xüsusi təyinatlıları arasında baş verən silahlı toqquşmada öldürülən şəxslərdən biri Rusiya sülhməramlılarının polkovnikidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR