Bank Of Baku

ABŞ-da qadın eyni vaxtda dörd oğlan uşağı dünyaya gətirib

ABŞ-da qadın eyni vaxtda dörd oğlan uşağı dünyaya gətirib
# 23 aprel 2008 07:58 (UTC +04:00)
Merilend. ABŞ - APA. Merilend ştatının Touson şəhərinin sakini eyni vaxtda dörd oğlan üşağı dünyaya gətirib. APA-nın məlumatına görə, onlardan üçü yumurta əkizidir. Maraqlıdır ki, uşaqlar süni mayalanma nəticəsində dünyaya gəliblər. Qadının bətninə yerləşdirilən iki embriondan biri bir neçə dəfə parçalanıb, nəticədə üç yumurta əkizi və bir adi oğlan uşağı dünyaya gəlib. Doğuş vaxtından 11 həftə əvvəl gerçəkləşib. İki ay yarım xəstəxanada həkim nəzarətində olan uşaqların dördü də dünən evə buraxılıb. Eyni zamanda dörd uşağın dünyaya gəlməsi tibb elmində nadir hallardan hesab olunur. ABŞ tarixində indiyə kimi cəmi yüzədək belə hal qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR