Bank Of Baku

KASKO üzrə 120 min manata yaxın pul ödənilib

KASKO üzrə 120 min manata yaxın pul ödənilib
# 17 iyul 2026 19:58 (UTC +04:00)

PAŞA Sığorta tərəfindən açıqlanan son KASKO ödənişləri diqqət çəkib.

APA-Economics” xəbər verir ki, şirkətin sosial media hesablarında paylaşdığı məlumatlara əsasən, cəmi üç müxtəlif sığorta hadisəsi üzrə avtomobil sahiblərinə ümumilikdə 119 514 manat sığorta ödənişi həyata keçirilib.

Ən böyük ödəniş dağlıq ərazidə aşaraq ciddi zədələnən avtomobilə görə edilib və 52 000 manat təşkil edib. Digər hadisədə üzərinə başqa avtomobil düşərək yararsız vəziyyətə düşən nəqliyyat vasitəsinin sahibinə 40 214 manat, yanğın nəticəsində tamamilə sıradan çıxan avtomobil üçün isə 27 300 manat ödənilib.

Qeyd edək ki, hər üç avtomobil PAŞA Sığortanın KASKO sığortası ilə təmin olunduğundan, dəymiş zərər sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR