Bank Of Baku

Hillari Klinton Pensilvaniya ştatında keçirilən ilkin seçkidə qalib gəlib

Hillari Klinton Pensilvaniya ştatında keçirilən ilkin seçkidə qalib gəlib
# 23 aprel 2008 08:17 (UTC +04:00)
APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, səslərin 80%-nin sayılmasından sonra Hillari Klintonun 55%, rəqibi Barak Obamanın isə 45% səs topladığı müəyyənləşib. Səslərin hesablanması başa çatdıqdan sonra Pensilvaniyadan demokratların ümummilli qurultayına qatılacaq 158 nümayəndənin iki namizəd arasında necə bölündüyü bəlli olacaq. “Praymeriz”in ilkin nəticələri açıqlandıqdan sonra sabiq birinci ledi Filadelfiyada tərəfdarlarına minnətdarlıq edərək mübarizədən çəkilməyəcəyini bildirib: “Kimlərsə məni hesabdan silir və yarışdan çəkilməyi məsləhət görürdü. Ancaq Amerika xalqı heç vaxt mübarizədən çəkilmir və bu xalq özü kimi prezidentə layiqdir. Mən büdrəyə bilərəm, mənə badalaq vura bilərlər, ancaq sizlər nə qədər ki, yanımdasınız, mən yenidən ayağa duracağam”. B. Obama isə nəticələrin sürpriz olmadığını və Pensilvaniyada qələbə gözləmədiyini söyləyib. O, rəqibini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Pensilvaniyadakı ilkin seçkiyə qədər B. Obama 1648, H. Klinton isə 1509 qurultay nümayəndəsinin dəstəyini qazanmışdı. Ümummilli qurultayda prezidentliyə rəsmi namizəd olmaq üçün 2 min 25 nümayəndənin səsi tələb olunur. Növbəti “praymeriz” mayın 6-da İndiana və Şimali Karolina ştatlarında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR