Bank Of Baku

ABŞ-da İsrail casusu ifşa olunub

ABŞ-da İsrail casusu ifşa olunub
# 23 aprel 2008 09:10 (UTC +04:00)
Vaşinqton APA. ABŞ-da İsrailə casusluq edən mühəndis-mexanik Ben-ami Kadiş həbs olunub. APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, Nyu-Cersidə yaşayan 85 yaşlı Ben-ami Kadiş 1979-1985-ci illərdə ABŞ ordusunun mühəndis mərkəzində çalışarkən məxfi sənədləri evinə apararaq İsrail diplomatına təhvil verirmiş. Bu sənədlər arasında nüvə silahı, modifikasiya olunmuş F-16 hərbi təyyarələri və “Petriot” antiraket sistemi haqqında informasiyaların əks olunduğu sənədlər də olub. Aprelin 22-də Nyu-York federal dairə məhkəməsində Ben-ami Kadişə rəsmi ittiham irəli sürülüb. “Reuters” agentliyi bildirir ki, Kadişdən məxfi sənədləri təhvil alan israilli 1985-ci ildə İsrailə casusluq üstündə həbs olunmuş Conatan Pollardla da əməkdaşlıq edən şəxsdir. Xatırladaq ki, ABŞ Hərbi-Dəniz Qüvvələrində çalışan C. Pollard 1987-ci ildə ömürlük həbsə məhkum olunub və onunla əməkdaşlıq edən israilli diplomat ABŞ-ı tərk edib. Bu olay hələ də iki müttəfiqin münasibətlərinə kölgə salır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi keçirdiyi brifinqdə İsrail kimi dost və müttəfiq ölkədən belə hərəkət gözləmədiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR