Bank Of Baku

Kondoliza Rays: “Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyini sona qədər dəstəkləyəcək”

Kondoliza Rays: “Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyini sona qədər dəstəkləyəcək”
# 24 aprel 2008 09:28 (UTC +04:00)
Vaşinqton - APA. “ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Kondoliza Rays Vaşinqtonda gürcü həmkarı David Bakradze ilə görüşdə çıxış edib. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyini sona qədər dəstəkləyəcək: “ABŞ Rusiyanın son addımları və prezidentin imzaladığı son sərəncamdan ciddi narahatlıq keçirir. Mən bu məsələyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətimdə də toxunmuşam. Rusiya ilə Gürcüstan arasında həllini gözləyən dövlətlərarası problemlər mövcuddur. Gürcüstanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Gürcüstanın gələcəyi - transatlantik gələcəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR