Bank Of Baku

Hillari Klinton Qərbi Virciniyada keçirilən ilkin seçkidə qalib gəlib

Hillari Klinton Qərbi Virciniyada keçirilən ilkin seçkidə qalib gəlib
# 14 may 2008 09:28 (UTC +04:00)
Vaşinqton APA. ABŞ-ın Qərbi Virciniya ştatında demokratlar daxilində keçirilən ilkin seçkidə Hillari Klinton qalib gəlib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Hillari Klinton 67%, Barak Obama isə 26% səs toplayıb. Bununla da Qərbi Virciniyadan demokratların prezidentliyə vahid namizədinin elan ediləcəyi ümummilli qurultaya gedəcək 28 nümayəndənin əksəriyyətinin səsi sabiq birinci lediyə qismət olub. Ancaq bu səslər H. Klintonun B. Obamanı qabaqlamasına yetməyib. Növbəti “praymeriz”lər mayın 20-də Kentukki və Oreqonda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR