Bank Of Baku

ABŞ Rusiyaya yeni səfir təyin edib

ABŞ Rusiyaya yeni səfir təyin edib
# 14 may 2008 09:41 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Corc Buş Con Bayerlinin Rusiyaya səfir təyin olunması barədə qərarı imzalayıb. APA-nın məlumatına görə, hazırda ABŞ-ın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Con Bayerli buna qədər Rusiyada səfirin müavini vəzifəsində çalışıb. Con Bayerli ABŞ-ın Rusiyadakı səfiri Uilyam Bernsi əvəzləyəcək, adı çəkilən şəxs isə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR