ABŞ Rusiyanı Krım Tatarları Məclisi ilə bağlı qərarı ləğv etməyə çağırıb

ABŞ Rusiyanı Krım Tatarları Məclisi ilə bağlı qərarı ləğv etməyə çağırıb
# 22 aprel 2016 03:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyanı Krım Tatarları Məclisinin ekstremist fəaliyyətlə məşğul olduğunu hesab edən qərarı ləğv etməyə çağırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.

“Biz Rusiyanı Krım Tatarları Məclisinin ekstremist təşkilat elan edilməsinə dair Ədliyyə Nazirliyinin qərarını və Krımın hazırkı hakimiyyətini bu demokratik təsisatın fəaliyyətinin dayandırılmasına dair qərarını ləğv etməyə çağırırıq”, - deyə Kirbi qeyd edib.

Kirbinin sözlərinə görə, tarix boyu təzyiqlərə məruz qalan Məclis uzun müddət Krım tatarlarının nümayəndə orqanı olub. “Bu qurum Krım tatarlarının mədəniyyətini qoruyub saxlamağa və diskriminasiyadan müdafiə olunmağa imkan verib.

“Rusiya Krım üzərində nəzarəti Ukraynaya qaytarmalıdır, işğalın davam edəcəyi təqdirdə Krıma dair sanksiyalar qüvvədə qalacaq”, - deyə Kirbi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR