Kerri Mövlut Çavuşoğlu ilə Rusiya-Türkiyə münasibətlərini müzakirə edib

Kerri Mövlut Çavuşoğlu ilə Rusiya-Türkiyə münasibətlərini müzakirə edib
# 02 dekabr 2015 00:01 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Dövlət Departamentində dərc edilmiş məlumata əsasən, görüşdə Rusiya-Türkiyə münasibətlərində yaranmış son vəziyyət əsas müzakirə mövzusu olub.

“Nazir Mövlut Çavuşoğlu dövlət katibini Türkiyənin öz mövqeyini Rusiyaya necə çatdırmağa çalışdığı barədə məlumatlandırıb, dövlət katibi bunu dəstəkləyib”, deyə rəsmi məlumatda bildirilir.

Kerri və Çavuşoğlu danışıqlar zamanı həmçinin İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR