Zaqatalada evə basqın edən maskalı şəxslər 86 yaşlı qadını döyərək öldürüblər - VİDEO

Zaqatalada evə basqın edən maskalı şəxslər 86 yaşlı qadını döyərək öldürüblər - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 08:44 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 86 yaşlı Xanpəri Cahangir qızı Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədikləri pulu ala bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə gecə saatlarında məlumat daxil olub, hadisə yerinə əməliyyat qrupu çıxıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR