Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vurub
# 22 iyun 2016 07:13 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Sabirabad şəhəri Muğan prospektində qeydə alınıb.

Rayonun Qalağayın kənd sakini, 33 yaşlı Ramil Telman oğlu Həsənov yolu keçərkən avtomobillə vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Həsənov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR