Gəncədə mənzildən 92 yaşlı qadının meyiti tapılıb

Gəncədə mənzildən 92 yaşlı qadının meyiti tapılıb
# 05 oktyabr 2016 09:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində mənzildə meyit aşkarlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Atatürk prospektində yerləşən yaşayış binasında qonşular orada yaşayan 1924-cü il təvəllüdlü Mariya Boqatsovanın zənglərə cavab vermədiyini görərərk mənzilə daxil olublar. Vanna orağında yerə yıxılan M.Boqatsovanın öldüyü barədə polisə məlumat verilib. Müayinə zamanı ahıl qadının üzərində heç bir zorakılıq əlamətinin olmadığı məlum olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR