BMT-də seçkiqabağı kampaniyaya start verilib

BMT-də seçkiqabağı kampaniyaya start verilib
# 16 dekabr 2015 08:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT-də yeni baş katibin seçilməsi ilə bağlı seçkiqabağı kampaniyaya start verilib.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hazırkı baş katib Pan Gi Munun səlahiyyətləri 2016-cı ilin sonunda bitəcək.

Rotasiya qaydasına əsasən, onu yerini Şərqi Avropadan olan nümayəndə tuta bilər.

BMT Təhlükəsizlik Şurasının hazırkı prezidenti, ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Samanta Pauer və Baş Assambleyanın prezidenti Moqens Lükketoft üzv dövlətlərə müraciət edərək seçki prosesində şəffaflığı qorumağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR