Ağdamda evdə yanğın olub - YENİLƏNİB

Ağdamda evdə yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 02 mart 2016 12:08 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda yanğın hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Üçoğlan kənd sakini Etibar Quliyevə məxsus evdə qəflətən yanğın başlayıb.

Ev sahibləri evdə olmadığına görə hadisədən qonşular xəbər tutub. Onlar yanğını söndürməyə və evdəki əşyaları yanğından xilas etməyə çalışıblar.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.

Yanğınsöndürənlər yanğının qarşısını alıblar. Dörd otaqlı evin iki otağının yandığı bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR