Marneulidə infrastruktur layihələrin icrası genişlənir

Marneulidə infrastruktur layihələrin icrası genişlənir
# 06 sentyabr 2016 20:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə infrastruktur layihələrin icrası genişlənir.

Marneuli rayon icra hakimiyyətindən APA-nın Gürcüstan bürosuna verilən xəbərə görə, iyun ayının 7-dən başlayaraq rayonun böyük kəndlərindən biri olan Qızılhacılı kəndinin kəndarası yolları artıq asfaltlaşdırılıb. İndiyədək kəndin 8 küçəsinə asfalt örtüyü çəkilib. Kənd yollarının asfaltlaşdırılmasına yerli büdcədən 50 700 lari, digər 760 095 lari vəsait isə Regionun Layihələr Fondundan ayrılıb. Ümumilikdə kənddə 5 kilometr yola ikiqat asfalt döşənib.

Marneuli rayonun 14 mindən çox əhalisi olan daha bir kəndində 150 uşaq üçün nəzərdə tutulan yeni ikimərtəbəli uşaq bağçasının tikintisinin bünövrəsi qoyulub. Hazırda inşası başlayan layihə çərçivəsində 35 nəfər işlə təmin olunub. Rayonun azərbaycanlıların kompakt yaşadığı Alget kəndində həyata keçirilən layihənin ümumi dəyəri 631 000 lari təşkil edir. Tikinti 2017-ci ilin iyul ayının 17-də başa çatacaq. Uşaq bağçasının tikintisinə Marneuli Bələdiyyəsinin yerli büdcəsi və Regionun Layihələr Fondu vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR