Dövlət başçısı Polis Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb

Dövlət başçısı Polis Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb
# 04 avqust 2016 17:00 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması üçün üç ay müddət müəyyən edilib.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR