Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb
# 01 oktyabr 2016 00:37 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hakkari vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Yüksekova-Van yolunun 18-ci kilometrliyində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR