Azərbaycana idxal ediləcək smart televizorlarda ASAN TV-nin xüsusi tətbiqi olacaq

Azərbaycana idxal ediləcək smart televizorlarda ASAN TV-nin xüsusi tətbiqi olacaq
# 10 avqust 2016 15:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycana idxal ediləcək bütün smart televizorlarda ASAN TV-nin xüsisi tətbiqi olacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında bildirilib.

Qeyd edilib ki, televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR