Gəncə sakini sirkə turşusundan zəhərlənib

Gəncə sakini sirkə turşusundan zəhərlənib
# 23 fevral 2016 13:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində zəhərlənmə hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini, 1990-cı il təvəllüdlü Brilyant Hüseynova sirkə turşusu zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

26 yaşlı qızın vəziyyəti orta-ağır qiymətləndirilir. Onun hansı şəraitdə sirkə turşusundan zəhərləndiyi dəqiq məlum olmasa da, intihara cəhd etdiyi də istisna edilmir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə də Gəncədə sirkə turşusundan zəhərlənmədən ölüm faktı qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Müseyib Babacanov sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR