BMT-nin xüsusi nümayəndəsi həbsxanada İlqar Məmmədovla görüşüb

BMT-nin xüsusi nümayəndəsi həbsxanada İlqar Məmmədovla görüşüb
# 19 sentyabr 2016 13:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst (Michel Forst) “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

APA-nın məlumatına görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

Görüşdə ölkədə insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ. Məmmədov və T. Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR