Hərbi Prokurorluğun şöbə rəisi: “Xocalı soyqırımı ilə əlaqədar 39 nəfər axtarışa verilib”

Hərbi Prokurorluğun şöbə rəisi: “Xocalı soyqırımı ilə əlaqədar 39 nəfər axtarışa verilib”
# 17 fevral 2016 12:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. O bildirib ki, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb”.

R. Məmmədov bütün cinayət işlərinin bir icraatda birləşdirildiyini söyləyib: “2005-ci ilin may ayında cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra, həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində istintaq edilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR