Tovuz rayon sakini yanıq xəsarətləri alıb

Tovuz rayon sakini yanıq xəsarətləri alıb
# 26 noyabr 2015 07:24 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində yanıq xəsarəti alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şamlı kənd sakini, 1985-ci il təvəllüdlü Elnur İsmayılov bel nahiyəsinin və sağ əlin yanığı xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E. İsmayılov avtomobilə benzin tökərkən ehtiyatsızlıq edərək alışqan yandırıb və yaranan alov nəticəsində yanıq xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR