Azərbaycanın xarici ticarət əməliyyatlarında 57 mln. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 57 mln. dollarlıq müsbət saldo yaranıb
# 18 iyul 2016 11:51 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 mlrd. 868 mln. 693,64 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 28,05% azdır.

Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 047 mln. 231,98 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 13,98% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 821 mln. 461,66 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38,67% azdır.


Nəticədə 56 mln. 509,19 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR