AEBA rəhbəri İran prezidenti ilə görüşəcək

AEBA rəhbəri İran prezidenti ilə görüşəcək
# 17 yanvar 2016 04:28 (UTC +04:00)

Bakı-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) rəhbəri Yukia Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, görüşün bu gün, yanvarın 17-də, Tehranda baş tutacağı gözlənilir.

Tərəflər Tehranın nüvə sahəsində üzərinə götürdüyü öhdəliklərin verifikasiyası (tələblərin yerinə yetirildiyinin təsdiqlənməsi proseduru) və monitorinqində AEBA-nın rolunu müzakirə edəcəklər.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.

Qeyd edək ki, AEBA hesabatı təqdim etdikdən sonra ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR