Baş nazirin müavini Mingəçevirdə müşavirə keçirib

Baş nazirin müavini Mingəçevirdə müşavirə keçirib
# 28 yanvar 2016 13:53 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Baş nazirin müavini Yaqub Eyyubov Mingəçevir şəhərində ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüşüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək görülən işlərlə yanaşı həllini gözləyən bəzi problemlərin mövcud olduğunu bildirib və həmin məsələlərin həlli yollarının müzakirəsi üçün bu tədbirin səmərəli olduğunu qeyd edib.

Tədbirdə məlumat verilib ki, şəhərdə “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC, şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir İzolit” ASC, maşınqayırma və neft avadanlıqları istehsalı üzrə ixtisaslaşan “Azneftmaş” ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton Məmulatları Zavodunun filialı fəaliyyət göstərir. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC isə hazırda ölkənin ən iri enerji istehsalı müəssisəsindən biridir.

Tədbirdə iştirak edən sahibkarlar şəhərin köhnə sənaye müəssisələrinin fəaliyyətinin yenidən bərpası və xarici idxalın qarşısının alınması məqsədilə Mingəçevirdə avtomobil şinləri, şüşə, dəmir-beton məmulatları, xalça istehsalı üçün tədbirlərin görülməsi üçün kömək istəyiblər.

Baş nazirin müavini Y. Eyyubov isə ölkə başçısının tapşırığına əsasən mingəçevirlilərlə görüşə gəldiyini bildirib. O, Mingəçevirdə problemlərin aradan qaldırılması ilə bağlı sahibkarların və ictimaiyyət nümayəndələrinin bütün müraciət və təkliflərini dinləyərək qeydiyyata aldığını və onların həllinə köməklik göstəriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR