Bələdiyyə sədrini və onun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bələdiyyə sədrini və onun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 31 may 2016 09:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. Vəfadar Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR