ABŞ-da silahlı şəxs kütləyə atəş açıb, 14 nəfər yaralanıb

ABŞ-da silahlı şəxs kütləyə atəş açıb, 14 nəfər yaralanıb
# 17 iyul 2016 03:49 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Beykersfild şəhərində (Kaliforniya ştatı) avtomobildə hərəkət edən naməlum silahlı şəxslər əyləncə gecəsinə toplaşmış qonaqlara atəş açıblar, nəticədə azı 14 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.

İnsident yerli vaxtla 01.00 radələrində baş verib. Atəş açanların bir neçə nəfər olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti kritikdir.

Araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR