Gəncədə mənzildə partlayış baş verib, iki nəfər xəsarət alıb

Gəncədə mənzildə partlayış baş verib, iki nəfər xəsarət alıb
# 02 iyun 2016 04:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, bina 93B mənzil 5-də qeydə alınıb.

Ev sahibi, 1960-cı il təvəllüdlü Tahir Nərimanov mənzilin vanna otağının işığını yandıran zaman partlayış baş verib. Hadisə zamanı T. Nərimanovun sifət və əlləri, həyat yoldaşı 1964-cü il təvəllüdlü Asilə Nərimanovanın isə ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.

Qadına ambulator yardım göstərilsə də, T. Nərimanov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR