Nazir Kəmaləddin Heydərov İranın Sərhəd Qoşunları komandanı ilə görüşüb

Nazir Kəmaləddin Heydərov İranın Sərhəd Qoşunları komandanı ilə görüşüb
# 11 mart 2016 11:26 (UTC +04:00)

Bakı-APA. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazir K. Heydərov iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir rəhbərlik etdiyi nazirliyin İranın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.

Qasım Rzayi hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafının əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR